Azad Rasim oğlu Bəkirli 27 sentyabr 1992-ci ildə Bakı şəhərinin Nərimanov rayonunda anadan olub. Aildə iki qardaş, bir bacı olublar. Azad evin sonbeşiyi olub. Nərimanov rayonunda yerləşən 45 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Memarlıq və İnşaat Universitetində İnformasiya Texnologiyaları və sistemləri mühəndisliyi ixtisası üzrə ali təhsil alıb.
Əsgərlikdə Milli Qəhrəman General Polad Həşimovun hərbi hissəsində xidmət edib. Hərbi xidmətini bitirdikdən sonra Bakı metropolitenində və "SOCAR Polymer" şirkətində çalışıb. Tovuz döyüşlərindən sonra könüllü şəkildə orduya yazılan Azad Füzuli rayonu uğrunda gedən döyüşlərdə şücaət göstərib. O, oktyabrın 20-də Füzulidə şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azad Bəkirli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Şəhidin son videosunu təqdim edirik:
Qardaşı Məhərrəm Bəkirli deyir ki, Azad uşaqlıqdan vətənpərvər olub. Hər zaman televiziyalarda vətənpərvərlik janrında olan verilişləri izləyirmiş. Polad Həşimovun şəhid olması xəbəri onu o qədər sarsıdıb ki, evdə heç kimə demədən könüllü yazlıb orduya. Ailəsi onun bu addımını dostlarından eşidib. Azadın gözlərində zəiflik olub. Amma gedib Hərbi Komisarlıqdan xahiş edib ki, onu müharibəyə aparsınlar. Sentyabrın 21-də təlimə çağırılan Azad bir həftə təlimlərdən sonra öz ad günüdə döyüşə qatılıb. Füzuli uğurunda gedən qızğın döyüşlərdə fəal iştirak edib. Cəbrayılın azad olunmasında və Füzulinin bir sıra kəndlərinin düşməndən təmizilənməsində iştirak edib.
Qardaşının dediklərinə görə, döyüşlərdə Azadın eynəyi sınıbmış. İki həftə eynəksiz döyüşüb. “Beton sədd” deyilən yerdə son döyüşünü keçirib. Oktyabrın 21-də Cəbrayılın Gecəgözlü kəndində yaralı döyüş yoldaşını xilas edərkən özü düşmən snayperinin gülləsinə tuş gəlib.
Atasını bir il öncə itiribmiş. Azad qapalı insan olub. Heç vaxt dərdini-sərini, sıxıntısını evlərində bildirməzmiş. Amma çox diqqətcil insan olub. Ailədə əgər bir problem, sıxıntı olarsa, onu heç kimə demədən özü həll edərmiş. Çox xırda şeylərlə xoşbəxt olmağı bacarırımış. Heç vax, heç kimin qəlbini qırıb, yox deyə biməzmiş...