2021/05/EoahH-1620337488.jpg

line
Adı: Şalıyev
Soyadı: Ceyhun
Ata adı: Nüsrət
Doğum tarixi: 20.05.1994
Şəhid olub: 01.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Füzulinin azad olunmasına görə» medalı

44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Ceyhun Şalıyevdir.

Şalıyev Ceyhun Nüsrət oğlu 20.05.1994-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 90-cı illərin sonunda ailəsi ilə birlikdə Rusiya Federasiyasının Voronej şəhərinə köçən C.Şalıyev orta təhsilini 1-ci sinifdən 7-ci sinifədək orada almışdır. 2008-ci ildə yenidən Azərbaycana qayıdaraq təhsilini Bakı şəhərində yerləşən 94 nömrəli tam orta məktəbdə davam etdirmişdir.

2011-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (hazırda Dövlət İmtahan Mərkəzi) tərəfindən ali təhsil müəssisələrinə qəbulla əlaqədar keçirilmiş imtahanda 600 bal toplayaraq Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Ali təhsil aldığı dövrdə müxtəlif yerlərdə işləmişdir. Uşaqlıq illərindən etibarən mütəmadi olaraq idmanın müxtəlif sahələri ilə məşğul olmuşdur. Təhsil aldığı dövrdə universitetin ictimai-siyasi həyatında fəal iştirak etmişdir.

2015-ci ildə ali təhsilini uğurla başa vurduqdan sonra hərbi xidmətə çağrılan C.Şalıyev 2016-cı ilin aprel ayında düşmənin təxribatçı əməliyyatları nəticəsində baş tutmuş 44 günlük müharibənin iştirakçısı olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra “Azərcell Telekom” MMC-də çalışmağa başlamışdır.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlanan Vətən müharibəsi zamanı könüllü qaydada ordu sıralarına yazılan C.Şalıyev döyüşlərdə iştirak edərək Füzuli uğrunda gedən döyüşlərdə savaşıb.

01.10.2020-ci ildə Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə hücuma kecərkən həlak olmuşdur.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunması uğrunda” medalları ilə təltif edilmişdir.