2021/01/91177-1610091840.jpg

line
Adı: Kərimov
Soyadı: Eltun
Ata adı: Zaur
Doğum tarixi: 01.02.2002
Rütbəsi: Kiçik çavuş

Yeniyetmə yaşına qədər Rusiyada yaşasa da hər zaman Azərbaycana gəlib, vətəni üçün əsgər olmağı arzulayırdı. Şəkidən olan 19 yaşlı şəhid Eltun Kərimov bu arzusuna vətən müharibəsində çatdı. Tərxis olmağa 1 ay qalmış başlayan vətən müharibəsində Talış kəndinin alınmasında şücaət göstərdi və Suqovuşan uğrunda gedən döyüşlərdə isə şəhidlik zirvəsinə yüksəldi.

memorial.az bildirir ki, rusiyada anadan olub 15 yaşına qədər Karpinski şəhərində yaşamışdı. Ancaq hər zaman vətənə dönmək, Azərbaycanda hərbi xidmətdə olmaq arzusundan danışırdı. Məhz buna görə Vətən müharibəsinin şəhid kiçik çavuşu Eltun Kərimov ailəsi ilə birgə 2015-ci ildə Şəkiyə qayıdır...


Nənəsi Bulud Qafarova bildirir ki, Eltun hərbi xidmətə gedib bitirəndən sonra hərbidə qalıb işləmək istəyirdi. Çünki O, hərbi sahəni hər bir Azərbaycan gənci kimi çox sevirdi.


Anası Aybəniz Qaffarova da bildirir ki, oğlu üçün narahat olsalar da o həmişə deyirdi ki, Azərbaycan gənci hərbidə olmalı, torpağı üçün hər zaman mübarizə aparmağı bacarmalıdır.


Atası Zaur Kərimov bildirir ki, hərbidə fərqləndiyinə görə kiçik çavuş rütbəsi veriblər. Tovuz döyüşlərində də iştirak edən Eltun döyüş yoldaşları iriçaplı pulemyotun mahir atıcısı kimi tanınıb. Atasının sözlərinə görə Eltun Kərimov Talışkənd istiqamətində gedən döyüşlərdə iştirak edib və Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.



memorial.az