Xalqımızın qəlbində uzun zaman yaraya çevrilən Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, "Torpaq uğrunda ölən varsa, Vətəndir!" Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Azərbaycan Ordusunun əsgəri Murad Hacıyevdir. Murad Eynulla oğlu Hacıyev 18 oktyabr 1997-ci ildə Ağdaşın Gürcuva kəndində anadan olub.
Murad müharibə zamanı manqa komandiri kimi hərbi xidmətini yerinə yetirib. Tərtər-Ağdərə istiqamətində döyüş yolu keçib. 13 oktyabr 2020-ci ildəTərtər-Ağdərə bölgəsində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından həlak olub.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Murad “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.