Şəhid Zeynallı Əsəd Arzuman oğlu 1999-ci il avqustub 12-də Qəbələ rayonun Seyidqışlaq kəndində dünyaya göz açıb.
Müharibə zamanı manqa atıcısı kimi hərbi xidmətini yerinə yetirən Əsəd Zeynallı Tərtər-Ağdərə istiqamətində döyüş yolu keçib.
2020-ci il oktyabrın 13-də Tərtər-Ağdərə bölgəsində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində Əsəd aldığı qəlpə yarasından həlak olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.