Səid 2018-ci ildə müddətli həqiqi hərbi xidmətə yollanıb. Düşmənlə üzbəüz təmas xəttində xidmət edən Səid bir neçə dəfə fərqlənməyə görə təltif edilib.
Vətən Müharibəmiz başlayanda Səid də, qardaşı da cəbhəyə yollanıblar. İki qardaş ayrı-ayrı bölgələrdə döyüşə qatılaraq, böyük şücaət göstəriblər.
Səid Murovdağ istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. Daha sonra Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan istiqamətlərində, son olaraq isə Şuşanın işğaldan azad edilməsi uğrunda döyüşlərdə də qəhrəmanlıq göstərib. Noyabrın 5-i Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə ağır yaralanaraq, şəhid olub.
Şəhidimizin nəşi doğulduğu Kürdəmir rayonunun Çöl-Ərəb kəndində torpağa tapşırılıb.
Səid Bayramov Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən,
"Vətən uğrunda”, ”Cəsur döyüşçü”, “Xocavəndin azad edilməsinə görə”, "Füzulinin azad edilməsinə görə”, "Şuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib.