2022/09/imame-1662316577.jpg

line
Adı: Hümbətov
Soyadı: İmaməddin
Ata adı: Muxtar
Doğum tarixi: 05.09.1998
Şəhid olub: 20.10.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Şuşanın azad olunmasına görə» medalı«Hərbi xidmətdə fərqlənməyə görə» medalı (II dərəcə)
İmaməddin Hümbətov 5 sentyabr 1998-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Payız kəndində anadan olub. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan İmaməddin Hümbətov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə kəşfiyyatçı-tuşlayıcı kimi iştirak edib.



Cəsarətinə görə fərqlənən İmaməddin 2020-ci il, oktyabrın 20-də Xocavənd rayonunun Azıx kəndində gedən əməliyyatlar zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, İmaməddin Hümbətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.



Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, İmaməddin Hümbətov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən, İmaməddin Hümbətov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.