4 övladlı ailənin 2-ci oğul övladı olan Əsgərov Vüqar qardaşını Rusiyada baş vermiş avtomobil qəzasında itirib. Atası ağır ürək və şəkər xəstəsi olan Vüqarın ən böyük arzusu onun sağlamlığına qovuşması olub.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq cəbhə xəttinə yollanıb,Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.
Vüqar Əsgərov 25 oktyabr 2020- ci ildə Şuşa ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Vüqar Əsgərov ölümündən sonra
"Vətən uğrunda" medalı ilə təltif edildib.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Əsgərov ölümündən sonra
"Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.