Coşqun Orucov 2001-ci ildə Naxçıvanın Culfa rayonunda anadan olub O, orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Coşqunun ailəsi 6 nəfərdən ibarətdir. Onun atası, anası, bir bacısı və iki qardaşı var.
Şəhid əsgər C. Orucov Vətən müharibəsinin ilk günlərindən döyüşlərə könüllü qoşulub.
Bir sıra əməliyyatlarda uğurla iştirak edib.
Şəhidin anası deyir ki, oğlum subay idi, amma çox zəhmətkeş olub. O, qeyrətli, vətənpərvər, millətini sevən Azərbaycan igid oğlu idi.
Coşqun orduda müvəqqəti hərbi xidməti bitirdikdən sonra, MAHHXHQ (kəşfiyyatçı) vəzifəsində işləməyə başlamışdır. Yaxşı snayperçi olub.
İgid döyüşçü oktyabrın 21-də Hadrud istiqamətində gedən ağır döyüşlərdə düşmənin snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalmışdır.
Onun nəşi ötən ilin oktyabrında Bakını Suraxanı rayonuda yerləşən Dədə Qorqud qəsəbə qəbiristanlığında dəfin edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Coşqun Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Xidmət vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə və dövlət sərhədlərinin qorunmasında xidmətinə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Coşqun Orucov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.