Mirzəyev Sarvan Əli oğlu 1 yanvar 1995-ci ildə Yardımlı rayon Zevin kəndində anadan olub. 2001-ci ildə Zevin kənd orta məktəbin 1-ci sinfinə daxil olub. 2012-ci ilidə həmin məktəbin 11-ci sinfini bitirib. 2013 cü ilin oktyabr ayında Qusar şəhərində yerləşən N saylı h/h də xidmətə başlamışdır. 2015 –ci ilin aprelində xidməti başa vuraraq təxris olunmuşdur. Bir müddət ara işlərində işlədikdən sonra yenidən 2019 -cu ilin aprel ayında MHQ kimi Naxçıvanda N saylı h/h də xidmətə başlamışdır. Sarvan Mirzəyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Şuşa istiqamətində gedən döyüşlər zamanı şəhid olmuşdur.
Sarvan Mirzəyev 11 noyabr 2020-ci il tarixində Biləsuvar rayonunda dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 5 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Sarvan Mirzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Sarvan Mirzəyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.