2021/05/EoYPE-1620569296.jpg

line
Adı: Əhədov
Soyadı: Mehrac
Ata adı: İntiqam
Doğum tarixi: 30.10.1999
Şəhid olub: 21.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Füzulinin azad olunmasına görə» medalı
Azərbaycan üçün ən önəmli məsələlərdən olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Azərbaycan Ordusunun əsgəri olan Mehrac Əhədovdur.

Mehrac 1999-cu il oktyabrın 30-da Şamaxı rayonunda dünyaya göz açıb.O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.

2020-ci il oktyabrın 21-də Füzuli rayonu Gecəgözlü kəndi istiqamətində düşmən üzərinə hücuma keçərkən şəhid olub

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrac Əhədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Mehrac Əhədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan igidimiz Əhədov Mehrac İntiqam oğlunun sosial şəbəkələrdə yayılan son səs yazısı hər kəsi gözyaşlarına boğub.
İki bacının bir qardaşı olan şəhidimizin nişanlısına göndərdiyi son mesajı ürəkdağlayır.
Mesajda şəhidimiz səs yazısı ilə sevdiyi qıza bu sözləri deyir:
"Mən sənə dedim ki, salamat qayıdacağam, yenə gözlərinə baxıb, səni sevirəm deyəcəyəm, ağlama"...
.