2021/05/16170-4861708968.jpg

line
Adı: Rəfibəyli
Soyadı: Əbülrza
Ata adı: Şamməd
Doğum tarixi: 02.06.1998
Şəhid olub: 23.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı
Rəfibəyli Əbdülrza Şəmməd oğlu 2 iyun 1998 - ci ildə Bakı şəhərinin Xətai rayonunda anadan olub. 2004-2015 - ci illərdə N.Nərimanov rayonunun Montin qəsəbəsində yerləşən Tahir Həsənov adına 57 saylı tam orta məktəbdə təhsil alıb. Məktəbi bitirdikdən sonra 27 iyul 2016 ci ildən 4 yanvar 2018 - ci ilə kimi Naxçıvan Muxtar Respublikasında “N” saylı hərbi hissədə xidmət edib. Hərbi təlimlərdə döyüş vərdişlərinə yiyələnərək topçu ixtisası üzrə təcrübə qazanmışdı.

2020-ci ilin iyulunda Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində Tovuz istiqamətində başlayan döyüşlərdə general Polad Həşimovun şəhid olmasından sonra Azərbaycanın vətənpərvər gənclərindən biri kimi Əbdülrza da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə cəbhəyə könüllü getmək üçün müraciət etmişdi. Sentyabrın 21-dən hərbi təlimlərə qatılmışdı. Sentyabrın 27-dən başlayan Vətən müharibəsində Qubadlının, Füzulinin, Xocavəndin azadlığı uğrunda döyüşlərdə iştirak edib. Oktyabrın 23-də Əbdülrza Rəfibəyli Xocavənd- Şuşa istiqamətində gedən döyüşlərdə qəhramancasna həlak olub. Şəhid olandan 40 gün sonra nəşi tapılıb. Dekabrın 4-də Bakının Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir. Hazırda 57 saylı məktəbin sinif otaqlarından biri şəhid Əbdülrza Rəfibəylinin adını daşıyır.

Faşistlərlə döyüşən baba və nəvə Əbdülrzalar

Əslən Masallının Boradigah qəsəbəsindən olan Şəmməd Rəfiyev Bakı şəhərində dünyaya gələn üçüncü oğluna İkinci Dünya müharibəsinin iştirakçısı olmuş atası Əbdülrzanın adını qoydu. Hitler faşizmi üzərində qələbədə Azərbaycan əsgəri kimi payı olan baba Ədülrza Böyük Vətən Müaharibəsi adlanlan o qanlı-qadalı döyüşlərdə üç dəfə yaralanmışdı. 1988-ci ildə yaşadığı Boradigah qəsəbəsində dünyasını dəyişən babasının adının işığında boya-başa çatan nəvə Əbdülrzanın da taleyinə erməni faşistləri ilə döyüşmək yazılmışdı. Fəqət erməni faşistləri Odlar yurdumuzun dilbər güşəsi Qarabağı işğal edəndə Əbdülrza Rəfibəyli kimi Vətən uğrunda canından keçən oğullar hələ dünyaya göz açmamışdılar. Atasının dediyinə görə, boyca ailədə hamıdan uca olan Əbdülün (əzizləri onu belə çağırardılar) Vətən sevgisi də hamıdan çox hiss olunurdu. Kiçik qardaşının üstün keyfiyyətlərindən danışan Şahin Rəfibəyli deyir ki, xarakter baxımdan Əbdülrza ilə çox fərqlı olublar. “Mən bir az qaşqabaqlıyam, Əbdül isə çox deyib-gülən, xoşxasiyyət və mehriban idi. Sözündən dönməzdi... Varı bölmək olur, amma yoxu bölmək çətindir. Əbdül yoxu bölməyi bacaranlardan idi. Məncə elə bu üstün keyfiyyətlərinə görə də o, ən ali məqama yüksəldi...”

"Şəhid olsam ağlamayın, başınızı dik tutun..."

Əbdülrza Azərbaycanın btün vətənpərvər gəncləri kimi işğal altında olan torpaqlarımızn azadlığı uğrunda müharibənin başlayacağı günü, Ali Baş Komandanın hücüm əmrini intizarla gözləmişdi. Ortancıl qardaşı Fərhad söyləyir ki, Birinci Qarabağ müharibəsindən bəhs edən filmlərə baxanda Əbdül deyərdi: “İnşallah torpaqlarımızı işğaldan azad etmək bizə qismət olar!..”

Döyüşlərin ilk günündən könüllü əsgər kimi səngərdə olsa da, anası Səkinə xanımın narahatlığını nəzərə alıb hansı cəbhədə olduğundan bir kəlmə də danışmazdı. Danışanda da həmişə anasına təsəlli verərdi. Bibisi Tehran xanım Ramazanova da Əbdülrzanın səmimiyyətindən, Vətənə sədaqətindən söz açır: “Övladım yox idi, mən Əbdülü özümə övlad götürmüşdüm...” Uşaq çağlarından idmanın ən populyar növü olan futbola böyük marağı olan Əbdülrzanın çoxlu dost-tanışı vardı. Həyatında könül verdiyi qız da olub. Çox ailəcanlı idi, atası Şəmməd kişi xəstələnəndə günlərlə onun qulluğunda durub... Oktyabrın 21 - də evə zəng edəndə erməni faşistləri ilə sona qədər döyşəcəyini bildirən Əbdülrza deyib: “Atamın iki oğlu var, şəhid olsam ağlamayın, başınızı dik tutun!” Bu, Vətən müharibəsinin 22 yaşlı qəhərəmanının doğmaları ilə son telefon danışığı idi... Düşmənin məhv edilməsi və Qubadlıda, Füzulidə, Xocavənddə ərazilərimizin işğaldan azad olunmasında şücaət göstətərən Əbdülrza Rəfibəyli topçu olmasına baxmayaraq həmişə öndə vuruşmağa can atırdı. Növbəti hərbi əməliyyatların birində arzusuna çatdı və könüllu olaraq həmlə bölüyünə qoşuldu. 23 oktyabr 2020 -ci ildə Xocavənd -Şuşa ətrafında döyüşlər zamanı ön cəbhədə adını Vətən tarixinə əbədi yazaraq şəhadətə yüksəldi..

“Şahadətin mübarəkdir, Əbdülrza!”

Bir anın içində insanın dost- doğmalarından ayrılıb torpağın qoynuna əbədi köçməsi çox ağır iztirabdır. Əbdülrzanın ayrılığı isə ata-anası, dost-doğmaları üçün ikiqat iztirab idi. Çünki şəhidlik sorağı gəlsə də nəşi bir müddət döyüş bölgəsində qalmışdı. Atası Şəmməd kişinin daxilindən gələn səs ona oğlunun nəşinin gec-tez tapılacağını deyirdi. Beləcə 40 gün getmədiyi ünvan, döymədiyi qapı qalmadı. İnadkar ata övladını torpağa tapşırmaq niyyəti ilə hətta müharibə bölgəsinə üz tutub getdi. Şəhidin nəşi tapılanda ata-baba yurdu Boradigah qəsəbəsində yaşayan bütün qohum-əqrabasından Şəmməd kişiyə təkliflər gəldi. Erməni faşistləri ilə Vətən müharibəsində həlak olan nəvə Əbdülrzanı, alman faşistləri ilə vuruşmuş baba Əbdülrzanın uyuduğu Boradigan qəsəbə məzarlığında dəfn eləmək istədilər. Hətta sosial şəbəkələrdə Əbdülrzanın Boradigah qəsəbəsində torpaga tapşırılacağı barədə paylaşmalar da edildi ... Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Masallıda da şəhidlərə hörmət və ehtiram həmişə yüksək səviyyədə olub. O gün Bakıda - Xətai rayonunda Süleyman Vəzirov küçəsindəki birmərtəbəli evlərinin pəncərəsinə vurulmuş şəklindən boylanan şəhid Əbdülrza isə qalibanə baxışları ilə dünyaya sığmırdı. Qəhərəman şəhidi paytaxt ictimaiyyəti böyük izdihamla dekabrın 4-də Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında son mənzilə yola saldı... Şair Ceyhun Qarabağlı Şəhidlər xiyabanına gələn insan axınını və “gözü yaşlı” payız güllərini poetik dildə belə tərənnüm edir:

Gül-çiçəklə yola salır ellər səni,

Allah Əkbər sədasıyla dillər səni,

Payız vaxtı əzizləyir güllər səni,

Payızın da gül-çiçəkdir Əbülrza,

Şahadətin mübarəkdir, Əbdülrza.



“Kamalına Vətən eşqi qüvvət verən, şəhadətin vüsalına yetən, camalına mələklərin nur payladığı” Əbdülrza haqqında sosial şəbəkədə Iradə Həsənzadə adlı bir xanımsa yazmışdı: “Mən Əbdulrzani balaca vaxtindan taniyirdim, cox tərbiyəli, agilli oglan idi... Yerin çənnət, ruhun şad olsun, şəhidim, bütün Azərbaycan səninlə fəxr edir.”

...Dekabrın 11-də Boradigah qəsəbəsində şəhid əsgərimizin 7 mərasimi keçirildi. Qəsəbə sakinlərini həmin günü əllərinə milli bayraqlarımızı, Əbdülrza Rəfibəylinin şəkillərini tutub dini mahnılar, dualar oxuya-oxuya Vətən müharibəsində şəhid olmuş Xüsusi Təyinatlı Qüvvələrin 20 yaşlı əsgəri, boradigahlı Məşhədi İbrahim Rükabzadənin məzarını ziyarət etdilər. Və Uca Allahdan bütün şəhid məzarlarını rəhmət nuruna qərq eləməsini dilədilər.