Ailəsi Kəlbəcərdən məcburi köçkün olan Əhmədxan, 1 fevral 1999-cu ildə Daşkəsən rayonu, Quşçu kəndində anadan olub. Naxçıvan MR-da "N" saylı hərbi hissənin KB-nün əsgəri olub.
Döyüşlərə qatılmaq üçün könüllü olaraq müraciət edib. Vətən müharibəsinin Şuşa cəbhəsində şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.