Məhəmməd 28 may, 2001-ci ildə Şəmkir rayonu, Sabirkənd kəndində anadan olub.
Müharibə zamanı XT qrup kəşfiyyatçı-sanitar kimi hərbi xidmətini yerinə yetirib. Şuşa şəhəri istiqamətində döyüş yolu keçib.
31 oktyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində gedən döyüşlər nəticəsində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Anar Əliyev ölümündən sonra
"Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Məhəmməd Əliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.