2021/09/intiq-1631881793.jpg

line
Soyad: Abbasov
Ad: İntiqam
Ata adı: Yavər
Doğum tarixi: 21.10.1978
Şəhid olub: 29.09.2020
Rütbə: Baş gizir
Təltifləri
«Vətən uğrunda» medalı«Füzulinin azad olunmasına görə» medalı«Hərbi xidmətlərə görə» medalı
İntiqam Abbasov 1978-ci il sentyabrın 21-də Masallı rayonunun Köcəkli kəndində anadan olub. Azərbaycan Ordusunun baş giziri Abbasov 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.



İntiqam sentyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub. Masallı rayonunun Köcəkli kəndində dəfn edilib.

Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.



Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Abbasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.



Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Abbasov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.