2021/09/downl-1631887054.jpg

line
Soyad: Ağabəyov
Ad: Oktay
Ata adı: Baxşəli
Doğum tarixi: 22.11.1987
Şəhid olub: 01.11.2020
Rütbə: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
44 günlük haqq savaşında canını Vətən uğrunda fəda edən, sinəsini düşmənə sipər edən igid oğullarımızdan biri də Oktay Ağabəyovdur. Oktay Baxşəli oğlu Ağabəyov 1987-ci il noyabrın 22-də Nizami rayonunda anadan olub.

Oktay Ağabəyov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinə qatılıb, Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Oktay noyabrın 1-də Xocəvənd rayonu istiqamətdində düşmən üzərinə hücuma keçərkən həlak olub.

Ölümündən sonra Oktay Ağabəyov müharibədə göstərdiyi igidlik və şücaətə, döyüş tapşırıqlarını uğurla həyata keçirdiyinə görə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.