2021/05/Cavid-1620579222.jpg

line
Adı: İbrahimov
Soyadı: Cavidan
Ata adı: Nizami
Doğum tarixi: 24.03.2000
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı
Cavidan Nizami oğlu İbrahimli 2000-ci il martın 24-də Bakı şəhəri Badamdar qəsəbəsində anadan olub. 2006-2017-ci illərdə 236 nömrəli tam orta məktəbdə təhsil alıb. Cavidan 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Cavidan İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başladılan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, 21 oktyabr 2020-ci il Füzuli rayonu Gecəgözlü kəndi istiqamətində düşmən üzərinə hücuma keçərkən şəhid olub. Səbail rayonu Badamdar qəsəbəsində dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavidan ölümündən sonra "Vətən uğrunda", “Xocavəndin azad olmasına görə” medalları ilə təltif edilib.

Şəhid, oğul, övlad acısı yaşayan İbrahimlilər ailəsinin az keçməmiş dərdlərinin üstünə daha bir dərd gəlib. Oğul, övlad dərdinə, itkisinə dözə bilməyən atası Nizami İbrahimli şəhidimizin qırxına yaxın dünyasını dəyişib. Oğul-ata İbrahimlilərin ruhları cənnətdə bir-birinə qovuşub…Allah rəhmət etsin!