2021/05/Cavid-1620583137.jpg

line
Soyad: Abdullayev
Ad: Cavid
Ata adı: Vahid
Doğum tarixi: 23.04.2000
Rütbə: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Füzulinin azad olunmasına görə» medalı
Cavid Vahid oğlu Abdullayev 2000-ci il aprelin 23-də Qax rayonunun Qaşqaçay kəndində anadan olub. 2006-2017-cı illərdə Qaşqaçay kənd tam orta məktəbində təhsil alıb.

2018-ci ildə Qax rayonunun Peşə liseyinə qəbul olub. Təhsilini yarım qoyaraq hərbiyə yollanıb. Cavid Abdullayev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Cavid Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Cavid Abdullayev oktyabrın 21-də Füzuli döyüşləri zamanı şəhid olub. Qax rayonunun Qaşqaçay kəndində torpağa tapşırılıb.

Azərbaycan Respublikasınınn Prezidenti İlham Əliyevin sərəncamılarna əsasən Cavid Abdullayev ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.