2021/01/91176-1610107039.jpg

line
Adı: Məmmədli
Soyadı: İmran
Ata adı: Cahangir
Doğum tarixi: 09.08.1985
Şəhid olub: 25.10.2020
Rütbəsi: MAHHXHQ çavuş
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı
"Son gülləsinə qədər vuruşdu. Xeyli düşməni məhv etdi. Canından çox sevdiyi Vətəni uğrunda şəhid oldu".

İmran Məmmədli Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl  rayonlarının işğaldan azad olunmasında iştirak edib. Hərbçi yoldaşları onu "müəllim" deyə çağırıblar. Çünki ali təhsilli idman müəllimi idi və taekvondo ilə məşğul olurdu. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirib. Müqaviləsi bitdikdən sonra bir müddət uşaqlara məktəbdə hərbi təlim keçib.

Şəhidin atası Cahangir Məmmədov bildirib ki, oğlu Aprel döyüşlərində şücaət göstərib:


"O arxayın idi ki, biz zəfər çalacağıq. Bizə son zəngdə demişdi ki yaxın günlərdə zəfər çalacağıq. Ondan narahat qalmamağımızı istəmişdi".


Qeyd edək ki, İ. Məmmədli oktyabrın 25-də Füzuli istiqamətində gedən qızğın döyüşlərdə qəhrəmancasına şəhid olub. Ondan iki qız və iki oğlan övladı yadigar qalıb .


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün İmran Məmmədli ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.