Bu gün milyonlarla insanın qüruruna çevrilən Azərbaycan ordusu tariximizin yeni salnaməsinə qəhrəmanlıq tarixini yazdı. Dünyanın ən müqəddəs bir zirvəsinə yüksələrək və qanları ilə torpaqlarımızı suvararaq şəhidlik zirvəsinə yüksəldi vətən oğulları. Torpaq nəfəs aldı şəhid qanı ilə. Torpaq sanki rahatlığına qovuşdu.
30 illik zaman məsəfəsində dinclik biləyən işğal altında olan cadarlanmış 20 faiz Azərbaycan torpağı yenidən öz sakinlərini ağuşuna alacaq günün həsrəti ilə igid, qəhrəmin, mərd insanlarının üzərində gəzəcəyini duyaraq elə insanları kimi bu gün çox məğrurdur. Neçə-neçə şəhid bu torpağa "Can Azərbaycan" deyərək canını fəda etdi. Şəhid oldu. Bu gün onların hər birinin həyat yolu bizlərə, yetişəcək gələcək nəsillərə bir nümunədir, ərənlik, kişilik məktəbidir.
Elə haqqında söhbət açağımız Azərbaycanın şəhid oğlu Kamran Quliyev Dadaş oğlunun vətənpərvərlik, qeyrət simvoluna çevrilən bir ömür yolu kimi. Vətən ucalığı, vətən sevgisi bir oğulun da ömür yolunu yarımçıq qoysa da ona əbədi yaşamaq hüququnu verdi. Vətən üçün hər kəsin cavabdeh olmasını yaxşı anlayırdı Kamran Quliyev. Üçrəngli bayrağımızın uca tutulması onun müqəddəs amalı idi.
Əfsanələşən bir ömür payı. Bu Kamrana da nəsib oldu. Çox ağır və qürurludur şəhid oğullardan yazmaq. Bəzən düşünürsən ki, birdən hansısa bir fikri onun ünvana söyləyərkən qəhrəman oğullarımızın hünərini, vətənpəarvərlik duyğularını lazımı şəkildə ifadə edə bilməzsən. Belə insanların ömür yolundan yazmaq şərəfdir. Qəhəmanlıq zirəsinə yüksələn Quliyev Kamran Dadaş oğlu zirvədən enməyəcək bir yüksəklikdə özünün əbədi məşəlini yandırdı. Hamı kimi uşaqlıq illərini yaşadı.
1992-ci il mayın 11-də Salyan rayonunda anadan olub - Şuşanın işğalından üç gün sonra, Azərbaycan da hadisələrin gərgin olan bir dövründə. Ermənilər ötən əsrin 90-cı illərinin əvvəllərində dünya ictimaiyyətinin gözü qarşısında Azərbaycanın tarixi torpaqları olan Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı kimi məkanlarımızı işğal etdi. Əlbəttə ki, körpə böyüdükcə onun torpağa, elə-obaya bağlılığı yoğrulduğu ana laylalarından kök atmağa başlayır. Kamranın da ana laylasından, ana südündan vətənə sevgi bütün varlığına hopur. Vətənlə bağlı düşüncələri, vətənpərvərlik tərbiyəsi, vətəni sevmək kimi ali dəyərləri kiçik yaşlarından əxz olunur. Məktəb yaşı çatanda bütün yaşıdları kimi, birinci sinfə gedir. Salyan rayon 7 saylı tam orta məktəbdə təhsil alıb. Parta arxasında oturduğu illərdə qisası qiyamətə qoymamaq kimi fikiri vətənsevər oğullar kimi onun da ruhi, əqli, mənəvi dünyasına hakim olur. Amma bilmirdi ki, zaman yetişəcək o, bir evin, bir ailənin yox Azərbaycan dünyasının övladına çevriləcək. Onun haqqında qələmə alınacaq yazılarda igidlik, qəhrəmanlıq sücaətindən söz açılacaq.
Kamran 2011-ci ildə əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsində başa vursa da elə həmin ildən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. 28 illik ömür yolunda o da çoxları kimi torpaqlarımızı işğal edib, insanları ev-eşiyindən didərgin salan düşməndən qisas almaq hissi ilə yaşayır. Ali Baş Komadanın əmrini gözləyirdi ki, düşmənə dərsini versin.
Sentyabrın 27-də Vətən müharibəsi başlayanda o da mürahibəyə yola düşür. Düşmənin ağır itkilərə məruz qoyulmasında onun da pay var. Tovuzdan başlanan döyüş yolu Cəbrayılda, Füzulidə davam edib. Füzuli istiqamətində aparılan hərbi əməliyyatlarda şəhid olur. 6 oktyabr 2020-ci il tarixində onun ön cəbhədə son döyüşü olur. Kamran torpaqlarımızın işğalçılardan azad olunması yolunda şəhid olur.
Dünyaya, ən əsası da erməniyə Azərbaycan gücünü, Azərbaycan oğullarının cəsarətini, qəhrəmanlığını göstərən şəhid olullarımız sırasında bu gün Kamran Quliyevin də adı var. Fəxarətimiz olan Şəhidlər. Sizlər, Kamran Dadaş oğlu elə bir abidə yaratmısan ki, kimsə buna toxuna bilməz. Torpaq yolunda Şəhidlik hər kəsə nəsib olmur. Əlbəttə ki, Kamranı yaşadığı zaman, doğulduğu torpaq, vətənpərvərlik ruhu şəhidlik zirvəsinə yüksəltdi. Azərbaycan xalqı ermənilərə dərs verdi. Qəhrəmanlıq hər həsə nəsib olmur, torpaq yolunda Şəhidlik də hər kəsə nəsib olmur. Bu adları Azərbaycan torpağının yetirdiyi oğullarımız qazandı. Vətən üçün hər kəsin cavabdeh olmasını yaxşı anlayırdı bizim şəhid Kamran. Bu gün onun ruhu şaddır. Ali Baş Komandan İlham Əliyevin xalqımıza qələbə müjdəsini verənkən şəhidlərimizin ruhu şad oldu, onların qisası alındı.
Vətən - ərazisi, səhədləri bəlli müqəddəs məkandır. Tarix boyu yadelli işğalçıların, imperiyanın, erməni daşnaqlarının hücumuna məruz qalsa da məğrur dayanıb. Bu gün də Azərbaycanın mərd oğulları Azərbaycan ordusunun əzmini ermənilərə göstərdi. Azərbaycan ordusu mərdi-mərdanə döyüşərək düşməndən işğalda olan torpaqlarımızı azad etdi. Yağı düşmənlərimizə qarşı vuruşan oğullarımız üç rəngli – ay ulduzlu bayrağımızı işğaldan azad olunmuş torpaqlarımıza sancdılar.
Bu gün Kamranın iki övladı onun ocağında böyüyür: Tunar və Ümid. Vətən üçün əmanətdir bu oğullar. Tunar hələ həyatda nə baş verdiyindən xəbərsizdir O, 4 aylıqdır. Ümid isə 7 yaşındadır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Kamran Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 25 dekabr tarixli Sərəncamına əsasən Kamran Quliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.