2021/09/e-1632434847.jpg

line
Adı: Əzizli
Soyadı: Tacəddin
Ata adı: Şahəddin
Doğum tarixi: 07.08.1994
Şəhid olub: 09.11.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Füzulinin azad olunmasına görə» medalı«Şuşanın azad olunmasına görə» medalı
Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Azərbaycan Ordusunun əsgəri olan Tacəddin Əzizlidir.

Tacəddin Şahəddin oğlu Əzizli 1994-cü il,7 avqust tarixində Salyan rayonunun Sarvan kəndində anadan olub. 2000-ci ildə İsfəndiyar Həsənov adına Sarvan kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub. 2004-cü ildən etibarən Bakı şəhəri, Səbail rayonu Rəfail Hüseynov adına 49 nömrəli məktəb-liseydə təhsilini davam etdirib, 2011-ci ildə həmin məktəb-liseyin məzunu olub. Məzun olduqdan sonra 2012-ci ildə Ukraynanın Xarkov şəhərində yerləşən Xarkov Dövlət Ticarət və Qida Sənayesi İnstitutuna daxil olub. İnstitutu 5 illik təhsillə başa vuraraq, 2017-ci ildə Vətənə qayıdaraq hərbi xidmətə yollanıb. Hərbi xidmətini 2017-2018-ci il ərzində cəbhə istiqamətində N saylı hərbi hissədə keçib. O, nümunəvi xidmətinə görə fəxri fərmanlarla təltif olunub. 2018-ci ildə hərbi xidməti başa vuraraq evə qayıdıb və 2020-ci il iyul ayında "Makro 2000” türk şirkətində əmək fəaliyyətinə başlayıb.

Azərbaycan Ordusunun əsgəri olan Tacəddin Əzizli 2020-ci il sentyabrın 27-dəbaşlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tacəddin Əzizli noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Şəhid Əzizli Tacəddin 2020-ci il 14 noyabrda doğma kəndi Sarvan kəndində dəfn olunub.

Qeyd edək ki, Şəhidin xatirəsinin əbədiləşdirilməsi üçün bacısı oğlu Kənan Əlixanlının təhsil aldığı 20 saylı məktəb liseyin 3 ”a” sinfinə şəhidin adı verilib.


Şəhid haqqında danışan atası Şahəddin Əzizli oğlunun 21 sentyabrda döyüşə könüllü yollandığını deyir:

"Oğlum 27 sentyabrda başlayan Vətən Müharibəsinin ilk günündən Füzuli rayonunun Qaraxanbəyli, Seyidəhmədli kəndləri istiqamətində döyüşlərə qatılıb. Döyüş yoldaşları Tacəddinin Füzuli rayonu Ələsgərli kəndi istiqamətində gedən döyüşlərdə çox şücaət göstərdiyini deyir. Onlara verilən əmrə əsasən, Tacəddin 28 oktyabr tarixində 3 döyüş yoldaşıyla birgə erməni postuna basqın təşkil edib. Həmin postu ələ keçirərək düşmənin çox sayda canlı qüvvəsini məhv etməklə düşmənə məxsus 4 avtomobil və xeyli silah-sursat ələ keçiriblər. Bundan sonra Tacəddingil Cəbrayıl-Hadrut istiqamətində döyüşüb”.

Tacəddinin atası oğlunun müharibənin bitməsinə bir neçə saat qalmış şəhid olduğunu deyir:

"Tacəddin 29 oktyabr-9 noyabr tarixlərində Şuşa döyüşlərində düşmənlə əlbəyaxa döyüşdə də iştirak edib. 9 noyabrda Laçın dəhlizi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub”.
Salyan rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Tacəddin Əzizli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacəddin Əzizli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, Tacəddin Əzizli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.