Aslan Mirzəyev 2017–2019-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. 2019-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
27 sentyabrda başlayacaq və 44 gün davam edəcək olan Qarabağ müharibəsində XTQ'nin sıralarında Qarabağa yollanmaq üçün könüllü olur. 10 oktyabrda Xüsusi Təyinatlı Qüvvələrin sıralarında Qarabağa yollanır.Həmin döyüşlərdə iki dəfə yaralanmasına baxmayaraq,döyüş yoldaşlarını tək buraxmayıb və düşmənə ağır zərbələr endirərək yenə də döyüşə davam edib,
noyabrın 8-də düşmənin atdığı minamiyot nəticəsində qəlpə yarası alaraq gözlərini əbədi yumub. 13 noyabrda doğulduğu Xok kəndində son mənzilə yola salınıb.
"Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
memorial.az