44 günlük Vətən müharibəsində şəhid olan əsgər və zabitlərimiz adlarını ən yeni tariximizə qızıl hərflərlə yazdılar. Onların sırasında Vətən müharibəsinin 19 yaşlı şəhidi Yasən Mehdiyev də var. O , öz doğum günündə ən ali zirvəni, şəhidlik zirvəsini qazanan qəhrəmanımız.
Mehdiyev Yasən Alim oğlu 05.07.2001-ci ildə anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Yasən Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı könüllü olaraq Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
21.10.2020-ci ildə Füzuli rayon istiqamətində düşmən üzərinə hücuma kecərkən həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yasən Mehdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Yasən Mehdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əslən Tərtər şəhərindən olan Y.Mehdiyev yaşasaydı, bu günlərdə hərbi xidmətdən tərxis olunaraq, ailəsinin yanına qayıdacaqdı. Ailəsi deyir ki, hələ müharibə başlamamışdan şəhidlik zirvəsindən danışırdı.
Şəhidin atası Alim Mehdiyev deyir ki, sanki şəhid olacağını hiss edib, halallıq almışdı:
“Deyirdi, bilmək olmaz, qayıtmaram. Atamı doqquz aydır görmürəm, gəlin, sizi görüm. Amma sonra məni yoldan qaytardı ki, gəlməyin, qayıdın. Anasına demədi, mənə dedi ki, biz döyüşə gedirik, gəlib məni tapmayacaqsınız. Bu söhbətdən beş gün sonra şəhid olduğunun xəbərini aldıq. Onun son istəyini yerinə yetirə bilmədiyim üçün çox üzgünəm”.
19 yaşlı qəhrəman şəhidimiz Yasən Mehdiyev Füzuli, Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib, elə həmin istiqamətdə də şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Y.Mehdiyev ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.