2021/05/f94b6-1620678278.jpg

line
Adı: Babayev
Soyadı: Əmirxan
Ata adı: Mirilham
Doğum tarixi: 28.11.1998
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Əzəli torpaqlarımızı 30 ildən sonra qısa müddətdə düşmən tapdağından xilas edib, xalqımıza qələbə sevincini yaşadan ölməz qəhrəmanlarımız arasında Azərbaycan Ordusunun əsgəri Əmirxan Babayevin də şərəfli adı var.

Əmirxan Mirilham oğlu Babayev 28 noyabr 1998-ci ildə Bakı şəhəri Yeni Suraxanı qəsəbəsində dünyaya göz açıb. Kiçik yaşlarından atasını itirib. İlk təhsilini Suraxanı Rayon 89 nömrəli tam orta məktəbdə aldıqdan sonra 18 yaşlı Əmirxan həqiqi hərbi xidmətə yollanıb.


Vətən müharibəsində fəallığına görə fərqlənən Əmirxan 18 oktyabr 2020-ci ildə Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Böyüyüb boya-başa çatdığı Yeni Suraxanı qəsəbəsində dəfn edilib.



Ərazi bütövlüyümüz uğrunda qüsursuz xidmətlərini əsirgəməyən şəhid Əmirxan Babayev Prezident İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" , “Xocavəndin azad olunmasına görə” "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.