Daşdəmir Paşayev (azərb. Paşayev Daşdəmir Əlizaman oğlu; 28 yanvar 1982, Xırdalan rayonu, Bakı – 13 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin ehtiyatda olan zabiti, Vətən müharibəsi şəhidi
Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi, bir də 30 illik nifrət, qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, ruhu önündə səcdə etdiyimiz şəhidlərdən biri də Daşdəmir Paşayevdir.
Daşdəmir Əlizaman oğlu Paşayev 1982-cı ildə Bakı şəhərində anadan olmuşdur. Uşaqlıq illəri Bakıda keçib. 1988-ci ildə 250 saylı tam orta məktəbin 1-ci sinifində daxil olmuş, 1996-cı ildə həmin məktəbin 8-ci sinifini başa vurub. 8-ci sinifi bitirdikdən sonra C.Naxçanski adına hərbi liseyə qəbul olub.
1999-ci ildə liseyi bitirərək Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olub.
2003-cü ildə məktəbi bitirmiş və leytenant rütbəsi ilə xidmətə başlayıb.. İsveçrədə 6 ay müddətində kurs keçib. Kursdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargahının tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayır. Ailə vəziyyəti ilə bağlı baş leytenant rütbəsində ehtiyyata buraxılıb.
27 sentyabr 2020-ci ildən etibarən başlayan və 44 gün davam edən II Qarabağ müharibəsi başladığı zaman, Azərbaycanda qismən səfərbərlik elan edildikdən sonra Daşdəmir Paşayev ehtiyyatda olan bir zabit kimi könüllülər üzərində komandir vəzifəsinə təyin olunur. Füzuli uğrunda gedən şiddətli döyüşlərdə fəal iştirak edir, düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edir. Qəhrəman komandir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından və qanından keçməklə 08 noyabrda qəhrəmancasına şəhid olur. Şəhidimiz ailəli idi, dörd övladı xalqımıza yadıgar qalıb.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Bakı şəhərində anadan olan könüllü zabit, baş leytenant Daşdəmir Əlizaman oğlu Paşayev oğlu ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.