Elşən Yardımlının ən ucqar kiçik bir kəndində -Teşkanda anadan olub. O, Böyük Vətən müharibəsindən əlil kimi qayıdan babası müharibənin dəhşətlərindən bəhs edən söhbətləri ilə böyüyüb. Ağlı kəsəndən həmişə, "mən Bəhmənin nəvəsiyəm, böyuyəndə torpaqlarımızı azad edəcəyəm" deyirmiş.
Elşən 2007-ci ildə doğulduğu Teşkan kənd ibtidai məktəbində 1-ci sinfə gedib. O, kəndlərində ibtidai sinifləri bitirdikdən sonra 10 kilometr uzaqda yerləşən Separadi məktəbində orta təhsilini başa vurub.
Elşən 2017-ci ildə Separadi kənd orta məktəbini bitirdikdən sonra, 2019-cu il aprel ayında əsgəri xidmətə yola düşüb. Müharibə başlayanda hərbi xidmətini başa vurmasına cəmi 3 gün qalırmış. Müharibəyə qatılan Elşən telefonla ailəsi ilə danışanda "mən babam kimi qəhrəman olacağam, Qarabağı almasam, gəlməyəcəm" deyirmiş.
Elşənin Tərtər rayonunun Qapanlı kəndindən başlayan döyüş yolu Talış və Suqovuşan kəndlərinə qədər davam etdi. O noyabrın 12-də 530 yüksəkliyində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Nazim oğlu Sultanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.