2021/05/sdgf-1620724758.jpg

line
Adı: Abdullayev
Soyadı: Məhəmməd
Ata adı: Ramazan
Doğum tarixi: 03.05.1992
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı
Məhəmməd Abdullayev Ramazan oğlu 1992-ci il mayın 3-də Balakən rayonunun Talalar kəndində anadan olub. 1998-2009-cu illərdə 2 saylı Talalar kənd tam orta məktəbində təhsil alıb.

Məhəmməd Abdullayev 2010-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Məhəmməd Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü iştirak edib.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Məhəmməd Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Balakən Şəhidlər Xiyabanında torpağa tapşırılıb.