2021/05/12131-1620743067.jpg

line
Adı: Ağayev
Soyadı: Ağamir
Ata adı: Qüdrət
Doğum tarixi: 14.07.1996
Şəhid olub: 08.10.2020
Rütbəsi: əsgər

Ağayev Ağamir Qüdrət oğlu 1996-cı ildə Biləsuvar rayonunda 2 saylı çadır şəhərciyində məcburi köçkün ailəsində dünyaya göz açıb. Çünki onun ailəsi hələ 1993-ci ildə erməni təcavüzü zamanı öz doğma torpaqları olan Füzuli rayonu Şükürbəyli kəndindən köçkün düşüb.

1994-ci il Horadiz əməliyyatı zamanı azad edilən kəndlərdən biri Şükürbəyli olduğu üçün Ağamir və ailəsi 2001-ci ildən öz ata-baba yurduna dönüb. Yeniyetmə çağlarını Şükürbəylidə keçirən Ağamir düşmənlə təmas xəttində böyüyüb.

Ağamir erməni faşizmi haqqında faktları öyrəndikcə düşmənə olan nifrəti artıb. Ağamir 2014-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Ordu sıralarında kəşfiyyatçı kimi xidmət edən Ağamir Aprel döyüşlərində də iştirak edib. Düşmən üzərində qazanılan zəfərdə Ağamirin də şücaəti olub. O, həqiqi hərbi xidməti layiqincə yerinə yetirdikdən sonra mülki həyatda çalışmağa başlayıb.


2020-ci ilin sentyabrın 27-də ermənilər tərəfindən törədilən təxribat zamanı əks hücuma keçən ordu sıralarında xidmət etmək üçün Ağamir könüllü olaraq döyüşə yollanıb. Füzuli istiqamətində gedən döyüşlər zamanı bir çox uğurlu tapşırıqlarda Ağamir də ruh yüksəkliyi ilə iştirak edib. Oktyabrın 8-də Füzuli rayon Seyidəhmədli kəndi istiqamətində gedən gərgin döyüşlər zamanı Ağamir qəhrəmancasına döyüşərək şəhid olub.

Göstərdiyi qəhrəmanlıqlara görə "Vətən Uğrunda" , "Füzulinin azad olunmasına görə" döyüşlərinə görə medalları ilə təltif edilib.