Zeynallı Elşad Elman oğlu 1996-cı il oktyabrın 22-də Lənkəran rayonunda dünyaya gəlib. 2020-ci il sentyabrın 27-də ərazilərimizin düşmən işöalından azad olunması üçün başlanan Vətən müharibəsinə könüllü olaraq qatılıb.
Füzuli rayonu ərazisində hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törədilmiş zədələnmələr, bud arteriyasının travması diaqnozu ilə şəhid olub.
Şəhidin atası bildirir ki, Vətən Müharibəsi başlayan zaman cəbhəyə yollanan Elşad ailəsi ilə 4 dəfə əlaqə saxlaya bilib. Onun sözlərinə görə, oktyabrın 5-i oğlunun şəhid xəbəri gəlib. Vətən yolunda oğlunu qurban verən Elman Zeynalov vurğulayıb ki, müharibə itkisiz olmur.
Döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə, Zeynallı Elşad "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.