2019-cu ilin iyul ayında Gədəbəy rayon komissarlığından hərbi xidmətə yola düşüb. Füzuli rayonunun Çöcukmərcanlı kəndindəki hərbi hissənin 4-cü taborunun 12-ci şöbəsində xidmətə başlayıb.
27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Xocavənd istiqamətində döyüşlərdə iştirak edib. O, pulemyotçu idi.
Kamran Qasımov 2020-ci il oktyabrın 27-də Xocavənd uğrunda gedən döyüşlərdə həlak olub. 26 noyabr 2020-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində hərbi əməliyyatlarda iştirakına və hərbi əməliyyatlar zamanı üzərinə düşən vəzifələri şərəflə yerinə yetirdiyinə görə Kamran Qasımov ölümündən sonra
“Vətən uğrunda” medalı ilə təltif edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən, Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi istiqamətində döyüşlərdə iştirakına görə Kamran Qasımov ölümündən sonra
“Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.