1980-ci il avqustun 15-də Sumqayıt şəhərində anadan olmuş Elvin Zakirov ailəli idi. Yağmur adında qızı, Toğrul adında isə oğlu yadigar qalıb.
Azərbaycan Ordusunun baş leytenantı Elvin Zakirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərib. Noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Zakirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq göstərdiyi şəxsi igidliyə və şücaətə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Zakirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Zakirov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olunub.
Azərbaycan Ordusunun baş leytenantı Elvin Zakirov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən "Cəsur döyüşçü" medalına da layiq görülüb.