Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsinin şəhidi Zülfüqar İsmi oğlu Qubadov 1975-ci il sentyabrın 25-də Ağsu rayonunun Dilman кəndində anadan olub.
Zülfüqar Qubadov 1982-1992-ci illərdə Dilman кənd tam orta məкtəbində təhsil alıb. 1992-1995-ci illərdə Ali Birləşmiş Komandanlıq Məкtəbinə (BABKM) ali hərbi təhsil alıb. Zülfüqar Qubadov 1995-1999-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 1999-2008-ci illərdə isə Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2008-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılıb.
Azərbaycan Ordusunun kapitanı olan Zülfüqar Qubadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zülfüqar Qubadov oktyabrın 13-də Suqovuşan döyüşləri zamanı şəhid olub . Ağsu rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zülfüqar Qubadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədaкarlıq göstərdiyinə, habelə təşəbbüsкar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Zülfüqar Qubadov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.