2021/05/israf-1620806467.jpg

line
Adı: Abdulla
Soyadı: İsrafilov
Ata adı: Yadigar
Doğum tarixi: 27.01.1997
Şəhid olub: 27.09.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Suqovuşanın azad olunmasına görə» medalı
Abdulla Yadigar oğlu İsrafilov (27 yanvar 1997; Qax, Azərbaycan — 27 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsinin şəhidi.

Abdulla İsrafilov 1997-ci il yanvarın 27-də Qax şəhərində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Abdulla İsrafilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abdulla İsrafilov sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abdulla İsrafilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

memorial.az