2021/09/sehad-1632072089.jpg

line
Adı: Bəylərov
Soyadı: Seymur
Ata adı: Səlyəddin
Doğum tarixi: 24.06.1996
Şəhid olub: 28.09.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Suqovuşanın azad olunmasına görə» medalı
44 günlük Vətən Müharibəsinin şəhidliyə ucalan qəhrəman igidlərimizdən biri də Seymur Bəylərovdur.

Seymur 24.06.1996-cı ildə Samux rayonu, Qarayeri kəndində anadan olub.

Müharibə zamanı tuşlayıcı operator kimi hərbi xidmətini yerinə yetirib. Talış Suqovuşan istiqamətində döyüş yolu keçib.
O, ermənilərin vurduğu zirehli maşından düşərək düşmənin üzərinə gedib və silahla onları məhv edib.

S.Bəylərov Vətən müharibəsi zamanı Suqovuşan kənd istiqamətində gedən döyüşlərdə iştirak edib.
O, müharibənin ilk günlərində içərisində bir neçə döyüş yoldaşlarının da olduğu zirehli maşınla düşmənə hücum edən vaxt ermənilərin ağır artilleriyadan açdığı atəşlə maşın vurulub.
Buna baxmayaraq, Seymur sıradan çıxmış zirehli maşından sağ çıxıb.
Şəhid olan döyüş yoldaşlarını yanan avtomobilin içərisindən çıxararaq kənara qoyub.
Onların silahlarını da götürərək düşmənin üzərinə təkbaşına gedib.
Bir neçə erməni terrorçusunu məhv edib və sonda snayper gülləsinə tuş gəlib.
Aldığı güllə yarasında qəhrəmancasına şəhid olub.


28.09.2020-ci ildə Talış Suqovuşan istiqamətində döyüşlər nəticəsində şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Suqovuşanın azad olunması və "Vətən" uğrunda medalları ilə təltif edilib.

Şəhidin həyat və döyüş yolu ilə bağlı ətraflı video məlumatı təqim edirik: