Vətən Müharibəsində könüllü olaraq qatılıb.Noyabrın 2-də Şuşa yaxınlığında döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.Nəşi 43 gün sonra neytral ərazidən çıxarılaraq ailəsinə təhvil verilib.Dekabrın 15-də Təzəkənd kənd qəbiristanlığında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, TuralƏliyev ölümündən sonra
"Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən,Tural Əliyev ölümündən sonra
"Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, Tural Əliyev ölümündən sonra
"Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Ailəli idi,Abbas və Tuncay adlı iki oğlu Vətənə yadigar qalıb.
l