Orta təhsilini Bakı şəhəri, “Şimal DRES” qəsəbəsindəki A.S.Makarenko adına Humanitar Fənlər Təmayüllü Respublika İnternat Tipli Gimnaziyada alıb. Yoldaşları arasında səmimiliyi, mehribançılığı ilə seçilib və hamı tərəfindən sevilib. Hələ uşaqlıqdan hərbçi olmaq arzusu olub. 15 yaşı olanda sənədlərini C. Naxçıvanski adına Hərbi Liseyə verib. Lakin burun çəpərinin əyriliyinə görə qəbul olunmayıb. 2019-cu ildə hərbi xidmətə ordu siralarina cağrılıb.
Əsgərin yaxınları deyir ki, o, Mingəçevirdə xidmət edib. Ordudan təxris olunmağına 3 ay qalmış sentyabrın 28-də Müslüm Vəliyev Tərtər rayonu ərazisində yerləşən Suqovuşan uğrunda gedən savaşda həyatını itirib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Müslüm Vəliyev ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
memorial.az