Azərbaycan Ordusunun əsgəri olan İslam Əhmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. İslam Əhmədov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub.
İslam Əhmədov sentyabrın 28-də Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İslam Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Qeyd edək ki, İslamın qardaşı İlqar Əhmədov da Vətən Müharibəsində şəhid olub.
Atasız böyütmüşdü onları anası Sevinc Əhmədova, birinin 27-di digərinin 26 yaşı vardı. Öz arzuları vardı mingəçevirli qardaşların. Onlardan biri nişanlı, digəri subay idi. Anası, qohum əqrəba Əlinin toyuna hazırlaşırdı. Bəy kostuyumu da elə otağında asılı qalıb. Vətən müharibəsinin ilk günü Sevinc ana əvvəl kiçik, bir neçə saat sonra isə böyük oğlunun şəhid xəbərini alır. Əli və İslam Əhmədov qardaşları sevdikləri vətən uğrunda şəhid olurlar. Yaxınları Əlinin yaxşı tankçı olduğunu deyir. Elə döyüşdə də qəhrəmanlıqları ilə seçilib.Şəhid anası Sevinc xanım təskinliyi onların xəyalları ilə danışmaqdan və torpaqların azad olunmasından aldığını bildirir.
“İslam həmişə deyirdi ki, ana, mən şəhid olacağam. Həmişə onu deyirdi. Əli də institutu qurtarıb əsgərliyə getdi, sülhməramlıya düşdü. Altı ay Bakıda, 6altı ay da Əfqanıstanda qulluq elədi. İslam həmişə deyirdi ki, ana, sən fəxr elə ki, oğullarının ikisi də əsgərlikdə medal alıb gəlib”.
Sevinc xanım deyir:"Birinci İslam şəhid olub, sonra Əli. Amma birinci Əli gəlib, böyük qardaşı İslama yol verib ki, qoy birinci böyük qardaşım getsin. Əlini dəfn edib gələndən sonra İslamı gətirdilər”.
Şəhid anası əlavə edib ki, Əlinin toyuna hazırlaşıblar: “İslam subay idi, Əliyə nişan aparmışdıq. Evi təmir edirdik. Yanvarın 5-də Əlinin ad günü idi, dedik, onda elə toyunu da edərik”.
Hər iki qardaş döyüşlərdə qəhrəmanlıqları ilə seçilib. Ağdərə rayonu istiqaməti uğrunda gedən döyüşlərdə şəhid olublar. İslam müharibəyə gedən gün dostu Fuad Hacıyevlə görüşüb vidalaşıb: “Dedi gedirik, inşallah şəhidlik zirvəsinə yüksələrik. Son tapşırığı anası oldu. Anasını mənə tapşırdı”.