İlkin Məmmədov Abdulla oğlu 1990-ci il noyabrın 26-da anadan olub.
Vətən müharibəsində qanı bahasına əbədiyyət qazanan şəhidlərimizdən biri də, 3 qat dünya çempionu, şəhid İlkin Məmmədovdur. Əslən Füzulidən olan şəhidimiz iki dəfə yaralansa da, yenidən döyüşərək Şuşada tarix yazıb.
Sentiyabrın 27-dən vətən müharibəsi başlayan kimi, düşünmədən savaşa yollandı... Füzuli rayonundan başlayaraq Şuşaya qədər döyüş yolu keçib. 2 dəfə yaralanmasına baxmayaraq yenidən döyüş yoldaşların yanına qayıdaraq şəhidlik zirvəsinə ucalan Abşeron rayon sakini, Albaqut döyüş sənəti üzərə 3 qat Dünya çempionu İlkin Məmmədov.
Atası Abdulla Məmmədov deyir ki, o Vətən üçün igid oğul yetişdirib. 1-ci Qarabağ müharibəsində onun edə bilmədiyini Şəhid oğlu İlkin edib.
Qardaşı Elvin Məmmədov bildirir ki, Şəhidimiz 5 yaşından idmançı kimi yetişdirilib. MMA-döyüş növünün sirlərinə yiyələnib. 6 dəfə Azərbaycan çempionu olub. Hərbiçi kimi xidmət edən qardaşı, 44 günlük müharibədə bir tarix yazıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi