Rauf Məlikov 14 dekabr 1988-ci ilin dekabrın 14-də Ağsu rayonunda anadan olub.
Rauf Məlikov döyüşlər başlayanda, sentyabrın 28-də Vətən uğrunda gedən döyüşlər zamanı Talış yüksəkliyində qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Məlikov "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Məlikov "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
2020-ci ildə, Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Rauf Məlikov, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Vətənə əmanət 5 yaşında bir qızı Zəhra var idi. Digər qızı Gülcan da, şəhid olduqdan 27 gün sonra dünyaya göz açıb.