O, sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Xızı rayonunun Giləzi qəsəbəsində dəfn edilib.
Vidadi Allahverdiyev döyüşün ilk günündən həmlə qrupunda düşmənin üzərinə atılan qəhrəman oğullarımızdan biridir.
Şəhidin qardaşı
Cəfərqulu Allahverdiyev bildirib ki, Vətən Müharibəsində düşmənə qan udduran igidlərimiz ölümün gözünə dik baxdılar. Otuz ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız onların qəhrəmanlıqları nəticəsində azad edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi Allahverdiyev ölümündən sonra
"Vətən uğrunda" medalı ilə təltif edilib.