2021/05/316px-1620816388.jpg

line
Adı: Abbasəliyev
Soyadı: Hüseyn
Ata adı: Adil
Doğum tarixi: 22.10.2000
Şəhid olub: 29.09.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Suqovuşanın azad olunmasına görə» medalı
Hüseyn Adil oğlu Abbasəliyev 2 oktyabr 2000-ci ildə Mingəçevirdə anadan olub. 23 oktyabr 2018-ci ildən 29 mart 2020-ci ilə qədər Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib.

Hüseyn Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Abbasov 2020-ci il sentyabrın 29-da qəhrəmancasına şəhid olub.



Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli və 26.09.2020-ci il tarixli Sərəncamlarına əsasən Hüseyn Abbasəliyev ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.