2021/06/14454-1623508737.jpg

line
Adı: Hüseynzadə
Soyadı: Elməddin
Ata adı: Fərman
Doğum tarixi: 24.03.1998
Şəhid olub: 29.09.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Suqovuşanın azad olunmasına görə» medalı
44 günlük Vətən Müharibəsinin şəhidliyə ucalan qəhrəman igidlərimizdən biri də Elməddin Hüseynzadədir.

Elməddin 1998-ci ilin martın 24-də Bərdə rayonunda anadan olub. Atası onu körpəliyinin 23-cü günündən tərk edib, Rusiyaya gedir və bir də geri dönmür…
Anası Arzu xanım onu təkbaşına, minbir əziyyətlərlə böyüdüb boya-başa çatdırır.6 yaşından xalasıgildə qalan Elməddin Bərdə şəhərindəki 1 saylı məktəbə gedir.2009-cu ildən anası Arzu xanım Sərkarlar kəndindən Bərdəyə köçür və ana-oğul düz 9 ilə yaxın kirayələrdə yaşayırlar.2017-ci ilin sonları, 2018-ci ilin əvvəllərindən isə minbir əziyyətlə tikdirdikləri evə, Divanlıya köçürlər.
2016-2018-ci illərdə hərbi xidmətdə olan Elməddin əsgərlikdən sonra bir müddət başqa işlərdə çalışıb, daha sonra isə anasının etirazlarına baxmayaraq, yenidən həyatını Ordu ilə bağlayır, MAXE kimi, fəaliyyət göstərib…

Müharibənin ilk anlarından da döyüşlərə atılır…Və Ağdərə-Suqovuşan istiqamətində döyüşlərdən birində-senyabrın 29-da Şəhid olur …Və elə həmin gün axşam saatlarında da nəşi Bərdəyə gəririlərək, Şəhidlər Xiyabanında torpağa tapışırılır…

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Suqovuşanın azad olunması medalı ilə təltif edilib.




memorial.az