2021/09/elgun-1632391534.jpg

line
Soyad: Səmədov
Ad: Elgün
Ata adı: İlham
Doğum tarixi: 26.08.2001
Şəhid olub: 11.10.2020
Rütbə: əsgər
Təltifləri
«Azərbaycan Bayrağı» ordeni«Vətən uğrunda» medalı
Elgün İlham oğlu Səmədov Elgün Səmədov 2001-ci il avqustun 28-də Şəmkir rayonunun Mehrili kəndində anadan olub. 2008–2019-cu illərdə İ. Mehdixanov adına Yuxarı Seyfəli kənd tam orta məktəbində təhsil alıb.

Elgün Səmədov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Elgün Səmədov oktyabrın 6-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunun Mehrili kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Səmədov ölümündən sonra "Vətən uğrunda" medalı və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.