Şəhid Vəliyev İlkin Səfail oğlu, 1996-cı il, Goranboy rayonu Qızılhaciılı qəsəbəsi.
1996-ci il may ayının 18-də Goranboy rayonu Qızılhacılı qəsəbəsində bir körpə dünyaya göz açdı. Bu körpə ata-ananın ilk övladı olduğundan onun adını İlkin qoydular. Uşaqlıqda çox sakit, dinməz biri olub, sanki üzündən nur yağırmış. İlkin beləcə böyüyür və hər kəsin sevimlisinə çevrilirdi. Yaxınlarının deməsinə görə, İlkin balacalığından o qədər xoşxasiyyət, çox mehriban imiş ki, hətta özündən bir yaş balaca qardaşının belə hər zaman qayğısına qalırmış. İlkinin atası 1-ci Qarabağ müharibəsi iştirakçısı olub. Ata 1-ci Qarabağ döyüşlərindən danişanda İlkin elə diqqətlə qulaq asırmış ki, sanki böyük bir adam dinləyirmiş. İlkin böyüyərək 2002-ci ildə Dilbazi Qasımov adına 1 nömrəli orta məktəbin 1-ci sinifinə gedir. O, oxuyub yazmaği həvəslə öyrənirmiş. Müəlliməsinin sözlərinə görə, İlkində hələ uşaq yaşlarından Vətəninə, bayrağına qarşı xüsusi sevgi olub. O hətta yol gedərkən yerə atılmı adi kağız parçasının üzərində bayraq şəkili görsəydi belə tez onu götürüb öpərmiş, ayaq altında saxlamaz, cibinə qoyarmış...
İlkin orta məktəb dərsliklərində düşmənin işğal etdiyi torpaqlarımızın tarixini də həvəslə öyrənirmi. O görüb ki, onun doğulduğu tarix Laçının işğal olunduğu tarixlə eyni günə düşür. Bu səbəbdən də qəhrəmanımız həmin tarixi bildiyi gundən deyirmiş ki, torpağımız işğalda olduğu müdətdə mən heç vaxt ad günümü qeyid etməyəcəyəm. İlkin onu da tez-tez deyərmiş ki, böyüyüb əsgər olacaq, işğal altında qalan tarixi torpaqlarımızı azad edib, həm torpağımızın azadlığını, həm də öz ad gününü deyd edəcək. 2008-ci ildə İlkinin 12 yaşı olarkən anası 34 yaşında ağır bir xəstəlikdən vəfat edir. Ananın ölümü onu çox sarsıdıb. Bu hadisə qəhrəmanımıza ağır bir zərbə olub. O çox fikir edirmiş. Sanki yaşından tez böyüyürmüş. Ananın vaxtsız vəfatından sonra İlkin və ondan bir yaş balaca olan qardaşı atanın, nənənin qayğısı ilə böyüyürlər. İlkin artıq 9-cu sinifdə oxuyanda atas və nənəsinə deyir ki, hərbi litseydə oxumaq istəyir. Ata və nənə İlkinin bu məktəbə çox həvəsli olmasını görür və beləcə onun fikiri ilə razılaşirlar.
İlkin həvəslə oxuyur və imtahanda yaxşı bal toplayaraq hərbi litseyə qəbul olur.
"İlkin hərbi məktəbə qəbul olduğunu biləndə sevincinin hədi-hüdudu yox idi. Hərbi məktəbdə oxuyarkən o hərbi geyimə güzgüdə əynində tamaşa edərkən o qədər sevinirdi və qürur hissi keçirirdi ki... İlkin təhsilini davam etdirir, ancaq hərbi akademiyaya qəbul ola bilmir. O, yarı qalan arzusunu 2015-ci ildə hərbi xidmətə getməklə davam edir. Əsgərlik xidmətində o kəşfiyyatçı qrupa yazılır. Xidmət müdətində xüsusi təyinatlı bir əsgər kimi yetişir, layiqli əsgər kimi xidmətini başa vurur. 2020-ci ilin Tovuz döyüşləri vaxti şəhid olan generalımızın və əsgərlərin şəhadəti onu çok sarsıtdı. Müharibənin başlayacağını hiss edirmiş kimi könüllü qeydiyyatdan keçdi. Nəhayət ki, onun istədiyi vaxt gəlib çatdı. 2020-ci il sentiyabırın ayının 21-i hərbi komissarlıqdan çağırış gəldi. Həmin gün İlkin evdən çixanda hər kəslə vidalaşdı, və bir neçə addım atdıqdan sonra geri qayıdıb onu böyüdən nənənin alnindan öpərək ondan halallıq istəyərək dedi- Nənə, narahat olma, salamat qayıdıb gələcəyəm. Beləcə vidalaşaraq bir də anasının məzarına ziyarətə doğru üz tutdu. Məzar üstündə anadan halallıq istədi və şəhid olacağını bilirmiş kimi ananın məzarının ayaq ucundan özü üçün bir məzar yeri ayıraraq dedi- Ana, deyirlər cənnət anaların ayaqları altındadır. Mən də ona görə özüm üçün bu yeri seçdim ki, sənin cənnətində olum"-,deyə qəhrəmanımızın yaxınları bildirib.
İlkin anasının məzarının ziyarətindən sonra yola düşür. Suqovuşan istiqamətində gedən döyüşlərdə vuruşaraq qəhrəmancasına şəhid olur. Döyüş yoldaşlarının dediyi kimi, İlkin hər zaman öndə gedən döyüşçü olub. Yaxınlarının deməsinə görə, şəhidimizin nəşi neytral zonada olduğundan onu oktiyabırın 26-si doğulub boya-başa çatdığı Goranboy rayonu Qızılhacılı qəsəbəsinin kənd qəbiristanlığında şəhidlər xiyabanında dəfn edirlər. Onun dediyi kimi həm anasının cənnətinə həm də öz cənnətinə qovuşdu... Doğulub boya başa çatdığı kuçəyə İlkinin adı verilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən İlkin Səfayıl oğlu Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Qeyd edək ki, İlkinin xalası oğlu, ixtisasca hərbi həkim və 3 uşaq atası olan Nofəl Xaliq oğlu Nuriyev və ən yaxın dostu Kənan Müşfiq oğlu Ələkbərov (Birinci Qarabağ savaşının Şəhidi Cabbar Ələkbərovun qardaşı oğlu) da qəhrəmanlıqla, igidliklə Vətən uğrunda Şəhid olublar.