Azərbaycan Ordusunun əsgəri olan Tacəddin İsmayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində savaşıb. Tacəddin İsmayılzadə oktyabrın 9-da ağır yaralanıb və tibb müəssisəsinə yerləşdirilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacəddin İsmayılzadə "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Tacəddin İsmayılzadə 2021-ci il fevralın 12-də müalicə aldığı tibb müəssisəsində Koma vəziyyətinin 128-ci günündə şəhid olub. Tacəddin İsmayılzadə fevralın 13-də Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
memorial.az