Hikmət Tovuz hadisələrindən sonra könüllü olaraq Səfərbərlik və Çağırış üzrə Şabran Rayon Bölməsinə getmiş və Qarabağ uğrunda döyüşməyə can-başla hazır olduğunu bildirmişdir.
Müharibənin ilk günü bütün könüllülər kimi Hikmət də Vətənin müdafiəsinə qalxdı. O, Cəbrayıl, Füzuli uğrunda gedən döyüşlərdə rəşadət və qəhrəmanlıq göstərdi. Füzulidə erməni kəşfiyyatçılarının məhv edilməsində yaxından iştirak edən Hikmət mənfur düşmənlərin qoyub qaçdığı hərbi texnikanın döyüş bölgəsindən çıxarılmasında da fəal iştirak etdi.
Hikmət Vidadi oğlu Qasımovun 30 yaşı vardı. Şabran rayonunun Çölquşçu kəndində anadan olan pəhləvan cüssəli bu gənc Qubadlı uğrunda döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi göstərdi. Yaralanan əsgər yoldaşlarını idarə etdiyi nəqliyyat vasitəsilə döyüş meydanından çıxarıb geri dönərkən mənfur düşmənin artileriya atəşinə tuş gəldi. Son sözü "Vətən saq olsun" oldu.
28 sentyabrdan 24 oktyabra qədər şərəfli ömür yolu keçən Hikmət Vidadi oğlu Qasımov Qubadlının azad olunmasına 10 saat qalmış əbədiyyətə qovuşdu və şəhidlik zirvəsinə yüksəldi.
25 oktyabrda böyük izdihamla Şabran rayonunun Çölquşçuı kəndində son mənzilə yola salınan Hikmət Qasımov həmişə qəlbimizdə yaşayacaq və heç zaman unudulmayacaq.
memorial.az