Etiram Hüseynli 2000-2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ordubad rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Ehtiram Naxçıvan MR-nın Böyük Soyuq adlanan ərazisində 2 il vətənin keşiyində dayanır. 2002-ci ildə leytenant rütbəsindən baş leytenant rütbəsinə qalxır. Hərbi xidməti bitirib yenidən iş yerinə qayıdır. 23 il Lənkəran şəhər S. Kazimbəyov adına 6 saylı tam orta məktəbdə Gənclərin Çağırışaqədərki Hazırlığı fənnindən dərs deyib.
Azərbaycan Ordusunun baş leytenantı olan Etiram Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başladılan II Qarabağ müharibəsində tabor komandiri vəzifəsində döyüşlərə qatılıb. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, düşmənə sarsıdıcı zərbələr endirib və xeyli sayda canlı qüvvəsini məhv edib.
21 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidimizin nəşi 24 oktyabrda doğulduğu Lənkəran şəhərinə gətirilərək Kiçik bazar qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Etiram Hüseynli ölümündən sonra
"Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Etiram Hüseynli ölümündən sonra
"Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Etiram Hüseynli ölümündən sonra
"Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.
memorial.az