1990-cı ildə Xanlıq kənd orta məktəbində orta təhsilini başa vurduqdan sonra 1991-1992-ci illərdə Azərbaycan Respublikasının ordu sıralarında həqiqi hərbi xidmətdə olub.
1992-ci ildə H.Əliyev adına Hərbi Liseyə daxili olub,1994-cü ildə hərbi təhsilini başa vuraraq, leytenant hərbi rütbəsi alıb.
Qusar rayonundakı hərbi hissədə təlim keçib, başa vurduqdan sonra Naxçıvan qarnizonunda bölük komandiri kimi hərbi xidmətə başlayıb. 2016-cı ildə hərbi xidmətini başa vuraraq, təqaüdə çıxıb.
Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirinin müxtəlif tarixli əmri ilə
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 10, 90 və 95 illiyi” yubiley medalları və III, II, I dərəcəli
“Qüsursuz xidmətə görə” medalı,
“Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif edilib.
2020-ci ilin oktyabr ayında könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı Rayon Bölməsinə müraciət edərək, Vətən müharibəsində iştirak edib.
01 noyabr 2020-ci il tarixdə Qubadlı rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub, Bakı şəhər “2-ci Fəxri Xiyaban"da dəfn edilib.
Azərbaycan Respublikası Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı ilə mayor Ağayev Vüqar Əhməd oğluna ölümündən sonra
“Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə
“Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə
“Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Vətən müharibəsi qəhrəmanının Yeganə və Pərvin adında 2 övladı yadigar qalıb.