2021/09/aqil-4897996902.jpg

line
Adı: Hüseynov
Soyadı: Aqil
Ata adı: Habil
Doğum tarixi: 09.05.1995
Şəhid olub: 07.10.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı
Vətən müharibəsinin qələbə ilə başa çatması onların şücaətinin göstəricisidir. Döyüşlərdə qəhrəmanlıq, igidlik və fədakarlıq göstərərək adlarını tarixə yazan bu oğullar milyonların sevgisini qazanıblar. Şəhid Aqil Habil oğlu Hüseynov da həmin qəhrəmanlardan biridir. Əslən Beyləqan rayonunun Əhmədli kəndindən olan Aqil həqiqi hərbi xidmətini başa vurduqdan sonra 7 ay idi ki, MAXE olmuşdu.

Vəzifəsi rabitəçi olan Aqil müharibə başlayan kimi döyüşlərə qatılıb. O, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edərək böyük qəhrəmanlıq göstərib, Milli Qəhrəman Şükür Həmidovla çiyin-çiyinə döyüşüb. Məhz onun peşəkarlığı nəticəsində Azərbaycan Ordusu düşmən mövqelərini məhv edib, onlara ağır zərbə vurub. Aqil Hüseynov Cəbrayıl istiqamətində gedən ağır döyüşlərdə oktyabrın 7-i qəhrəmancasına şəhadətə yüksəlib.

Şəhidimizin vətənə əmanət 2 oğul övladı qalıb.

Şəhid Aqil Hüseynov torpaqlarımızın azadlığı uğrunda gedən ən ağır döyüşlərdə iştirak etdiyinə və göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.