Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Azərbaycan Ordusunun əsgəri olan Həci Hüseynovdur.
Şəhid Hüseynov Həci Kərim oğlu 12.06.1996-ci ildə Sumqayıt şəhərində anadan olub.
Şəhid olmamışdan qabaq yuxusunda görmüşdü ki, sürdüyü maşın aşır.Əsgər yoldaşlari arzularından xəyallarından danışırdılar. Heci deyib ki, “mən 3 günə Şəhid olacam görərsiz.” 3 gün sora da Şəhid olur. Oktyabrın 23-dən 24-nə keçən gecə maşınında əsgərləri apararkən düşmən öndəki maşının qabağına minamyot atıb və qəhrəmanımız əsgərlərə heçnə olmasın çox şəhid verməyək deyə maşının istiqamətini dəyişmək istəyəndə maşın dərədən aşıb və elə oradaca Şəhidlik zirvəsinə ucalıb.
Əsgər yoldaşları arasında həm “Canavar” həm də, Bigli Biruslu adını qazanmışdı, Hətta bir dəfə yaralanıb qosbitalda yatsa da, müalicəsi tam bitməmiş silah yoldaşının şəhid olduğunu eşidib, yenidən könüllü yazılaraq döyüşlərə qoşulmuşdu. Bütün döyüş bölgələrində iştirak etmişdi lakin Şuşadan başqa o Şuşaya həsrət qaldı. Şuşanı görmək istəyirdi, ancaq qismət olmadı.
Füzulidə şəhid olan qəhrəmanımız 25.10.2020-ci ildə Xocasən qəsəbəsində dəfn olunub.
Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə şəhid Həci Hüseynov “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edildi.